ZEYNƏB BİNT CƏHŞ

(20/642-ci ildə vəfat etmişdir) Məhəmməd peyğəmbərin həyat yoldaşlarından biri olmuşdur. Zeynəb ilk müsəlmanlardan biri idi. Məkkədən Mədinəyə ilk hicrət edənlərdən olmuşdur. Məhəmməd peyğəmbər onu oğulluğu və keçmiş köləsi Zeyd ibn Haris ilə evləndirmək istəmişdir. İslamdan öncəki dövrlərdə azad qadın keçmişdə kölə olmuş birisinə ərə gedə bilməzdi. Məhəmməd peyğəmbərin onları evləndirmək qərarı bu adətə son qoymuşdur. Ancaq, Zeydlə Zeynəbin evliliyi uğurlu olmamış və onlar boşanmaq qərarına gəlmişdirlər. Bundan sonra Məhəmməd peyğəmbər özü onunla evlənmişdir. Ancaq, ərəb adətlərinə görə o, oğulluğunun keçmiş həyat yoldaşı ilə evlənə bilməzdi. Rəvayətlərə görə bu zaman o adəti ləğv edən Quran ayəsi nazil olmuşdur (33: 37-40). Bundan sonra hicrətin beşinci ilində Məhəmməd peyğəmbər otuz beş yaşlı Zeynəblə evlənmişdir. Zeynəb təxminən 53 yaşında Mədinədə vəfat etmişdir.
ZEYDİ MƏZHƏBİ
ZEYNƏB BİNT ƏLİ
OBASTAN VİKİ
Zeynəb binti Cəhş
Zeynəb binti Cəhş (ərəb. زينب بنت جحش‎; 592, Məkkə – 642, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. O, Qureyş qəbiləsinin Əsəd qolundan olmuşdur. Onun atasının adı Cəhş ibn Riab ibn Yəmərə ibn Səbra ibn Murra ibn Əsəd ibn Xuzeymə, anası isə Umeymə bint Əbdülmütəllib ibn Haşimdir. Zeynəb binti Cəhş ilk müsəlman qadınlardan biridir. O, Məhəmməd peyğəmbərin peyğəmbərliyinin başlamasından təxminən 20 il əvvəl anadan olmuşdur. Doğulanda onun adı Bərra olmuşdur, lakin Məhəmməd peyğəmbər ona yeni ad - Zeynəb adını verir. Zeynəb subay qız ikən Mədinəyə ilk köçənlər arasında olur. Məhəmməd peyğəmbər onun azad edilmiş qul olan Zeyd ibn Haris ilə evləndirmək istəyir. Cahiliyyə dövrünün adətlərinə görə azad bir qadın keçmiş qulla evlənə bilməzdi.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Zeynəb
Zeynəb, Zeynəbi-Kubra, Zeynəb bint Əli (ərəb. زينب بنت علي‎; 626, Mədinə – 682 və ya 684, Dəməşq) — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb hicrətdən 5 il sonra doğulub. O, beş ilə qədər babası Peyğəmbərlə bir zamanda yaşamışdır. Zeynəb aşura hadisəsindən sonra həm əsirlər karvanındakı qadınlara və uşaqlara rəhbərlik etmişdi. Zeynəb Əli və Fatimənin qızı idi. Hicrətin beş və ya altısında Mədinədə dünyaya gəlmişdir. Özü Hüseyn ilə birlikdə Kərbəlada yer alıb. Kərbəla döyüşü sonrasında Məhərrəmin onunda (Aşura günü) bir qrup tərəfdarlar ilə birlikdə əsir düşmüş və Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanları irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur.
Bint Cubeyl
Bint Cubeyl (ərəb. بنت جبيل‎) — Livanın Nəbtiyyə bölgəsində yerləşən yaşayış sahəsidir. == Haqqında == Bu şəhər 9,10 kvadrat kilometr əraziyə və 30 min əhaliyə malikdir.
Abdullah bin Cəhş
Abdullah bin Cəhş (580, Məkkə – 625, ərəb. عبد الله بن جحش‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. Qüreyş qəbiləsinin Bənu Üməyyə qolunun Banu Əsəd ibn Xuzeym soyunun nümayəndəsi olmuşdur. Anası Umeymə bint Əbdülmüttəlib Məhəmmədin bibisi olmuşdur. == Bioqrafiya == Tam adı Abdullah ibn Cəhş ibn Riab ibn Yəmər ibn Səbra ibn Murra ibn Əsəd ibn Huzeymədir. O, qardaşları Ubeydullah və Əbu Əhmədlə birlikdə İslamı erkən qəbul edənlərdəndir. Həbəşistana hicrətdə iştirak etmişdir. Ubeydullah xristian olur və oradaca ölür, lakin Abdullah Məkkəyə qayıdır və hamısı Mədinəyə hicrət edən birləşmiş qrupunun ən görkəmlisi olur. Onun bacısı Zeynəb Məhəmməd peyğəmbərin həyat yoldaşı idi. O, Nəxlədə Qureyşləri öldürdüyünə görə tənqid olunur.
Onbaşı Zeynəb
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb (ad)
Zeynəb (ərəb. زينب‎) — qadınlara verilmiş bir ərəbcə addır. Qədim arami xalqının dilində Zenobia adı vardı və mənası "səhra gülü" və ya "bəzəkli ağac"dır. Beləcə "Zeynəb" adının "Zenobia" nın bir modifikasiyası olduğuda güman olunur ki İslamdan qabaq Suriyalı kraliçanın adı idi. Bu adı olan tanınmış insanlar Zeynəb — Məhəmməd peyğəmbərin nəvəsi. Zeynəb Kazımova — Ssenari müəllifi, aktrisa. Zeynəb Xanlarova — müğənni, xanəndə, Azərbaycan SSR xalq artisti. Zeynəb Məmmədyarova — Azərbaycan şahmatçısı. Zeynəb Qəmbərova — pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı.
Zeynəb (Ərdəbil)
Zeynəb (fars. زناب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (18 ailə).
Zeynəb Bastık
Zeynəb Bastık (8 iyul 1993, Çanaqqala) — Türkiyə müğənnisi. Zeynep Bastık 8 iyul 1993-cü ildə Çanaqqalada anadan olub. Üç yaşında ikən ailəsi İzmirə köçəndə orta və liseyi burada bitirib. O, nənəsi tərəfindən alban əsillidir. 2010-cu ildə İzmirdə "Jackpot" adlı cover qrupu ilə professional musiqiyə başlayıb. 2012-ci ilə qədər bu qrupla İzmir, Əskişəhər, Bursa kimi şəhərlərdə səhnə aldı. O, bir müddət Anadolu Alovunda rəqqasə kimi də iştirak edib. Murat Dalkılıçın "Luzumsuz Savaş" mahnısının vokalisti kimi çıxış edib və üç il Dalkılıçın vokalisti kimi davam edib. Dalkılıçın dəstəyi ilə 2014-cü ildə ilk sinqlı "Fırça"nı buraxdı. Daha sonra Dalkılıç vokalçılığını tərk edərək solo karyerasına davam edib.
Zeynəb Behbudova
Zeynəb Biişeva
Zeynəb Abdulla qızı Biişeva (rus. Зайна́б Абду́лловна Бии́шева, başq. Зәйнәб Абдулла ҡыҙы Биишева; d. 15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi. Zeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur.
Zeynəb Bəyim
Zeynəb Bəyim (az-əbcəd. زئینب بییم‎; fars. زینب بیگم‎; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir. Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır. Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir.
Zeynəb Cavadlı
Zeynəb Cavadlı — Azərbaycanın bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası. Əslən Naxçıvanlı olan Zeynəb Cavadlı 1991-ci ildə Bakıda anadan olmuşdur. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış etmişdir. 2012-ci ildə aldığı zədə səbəbindən idmançı kimi fəaliyyətini yekunlaşdıraraq, məşqçilik karyerasına başlamışdır. Bir müddət Türkiyənin "İstanbul Genclik Spor Kulübü" və "Anabilim Jimnastik Kulübü"ndə çalışmış, 2013-cü ildən etibarən isə özünün gimnastika məktəbini açmışdır. Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl-Məktuma ərə getmişdir. Onlar 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olmuş və elə həmin il də evlənmişlər. 2016-cı ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib. Körpəyə Səid Əl Məktumun nənəsi Sananın adı verilmişdir. Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır.
Zeynəb Hümmətova
Zeynəb Mübariz qızı Hümmətova (6 dekabr 1999, Şəki) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
Zeynəb Kazımova
Zeynəb Talıb qızı Kazımova (27 dekabr 1912 – 25 sentyabr 1984) — Azərbaycan rejissoru, ssenaristi. Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olmuşdur. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışmışdır. Axırıncı namaz (film, 1963) Akif Cəfərovun briqadası (film, 1960) Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: komissiyanın üzvü Arşın mal alan (film, 1945) Azərbaycan SSR (film, 1971) Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1942) Bir ailə (film, 1943) Biz bu xatirəyə sadiqik (film, 1975) Dağ meşəsindən keçərkən... Dəcəl dəstə (film, 1937) Əzim Əzimzadə (film, 1967) Fətəli xan (film, 1947) Gəmilər tarlaya çıxır (film, 1975) Həyat öyrədir (film, 1961) İgidliyin əbədidir sənin (film, 1971) İliçin döyünən qəlbi (film, 1967) İşıqlı yol (film, 1974) Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Muğan qızı (film, 1972) O geri çəkilməlidir (film, 1966) Odlu burulğanın ram edilməsi (film, 1976) Oktyabrın qələbə addımı ilə (film, 1974) Sevil Qazıyeva (film, 1970) Səbuhi (film, 1941) Sürəyya (film, 1973) Telefonçu qız (film, 1962) Umnisə xanım (film, 1969) Usta Aslan (film, 1972) Yeni horizont (film, 1940) Yollar və küçələrlə (film, 1963) 2019-cu ildə rejissorluğu Sənan Sultanova aid olan AzTV istehsalı Kinomuzda zərif izlər adlı film Zeynəb Kazımovanın həyat və yaradıcılığına həsr olunmuşdur. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Zeynəb Məmmədyarova
Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster. Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib. Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir. Məşqçisi Həmid Məmmədyarovdur. 2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur. 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000); 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002); Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002); 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003). FIDE Chess Profile Zeinab Mamedjarova.
Zeynəb Paşa
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb Qəmbərova
Zeynəb Qəmbərova (12 iyun 1916, Ərəbocağı, Ərəş qəzası – 1978, Ərəbocağı, Ağdaş rayonu) - pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı. Ağdaş rayonunda anadan olub. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3, 5-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Zeynəb Sevər
Zeynəb Sevər (türk. Zeynep Kübra Sever Demirel; d. 9 iyul 1989, İstanbul, Türkiyə) — "2009 Miss Belçika" gözəli Zeynəb Sevər Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl ilə 21 sentyabr 2010-cu ildə evlənmişdir. Cütlüyün 8 fevral 2014-cü ildə Yade adında bir qız övladı anadan olmuşdur. Bir müddət səhnədən uzaq qalan Zeynəb 2016-cı ilin oktyabr ayında 6 illik fasilədən sonra İstanbul Moda Həftəsində çərçivəsində təşkil edilən dəfilədə yenidən podiuma çıxmışdır.
Zeynəb Sultan
Zeynəb Sultan (1617-1619) - I Əhmədin qızıdır. Anasının kim olduğu bilinmir. Dünyaya gəldikdən bir neçə ay sonra atası vəfat etmişdir. Özü isə hələ 2 yaşında körpə ikən vəfat etdi.
Zeynəb Səlimova
Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı. Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb. 1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib. 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 2001-ciildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
Zeynəb Xanlarova
Zeynəb Xanlarova (28 dekabr 1936, Bakı) — Azərbaycan müğənnisi, ictimai xadim, SSRİ xalq artisti (1980), Azərbaycan SSR xalq artisti (1975), Ermənistan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988), "Heydər Əliyev" ordeni laureatı (2016). Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış deputatı, (1985–1995). Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV, V çağırış deputatı (1995–2020) Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. 1961-ci ildən Opera və Balet teatrının solistidir.
Zeynəb Xatun
Zeynəb Xatun (1420 – 1474) — Divan ədəbiyyatının ilk qadın şairi olaraq tanınır. Mehri Xatun ilə eyni dövürdə yaşamışdır. XV əsrdə Amasyada yaşamışdır. Qazi qızı, həmçinin qazi yoldaşı olduğu deyilir. Müasiri olan Mehri Xatun ilə aralarında lətifələr və qarşılıqlı deyişmələri vardır. Divanı, Sultan Mehmedin adına tərtib edilmişdir. Zeynəb Xatunun şeirlərində qadınların yadırğayacağı bir sıra düşüncələr vardır; Qadının istəklərinə acgözlülük olaraq baxmış və dövrünün qadınının alçalma kimi hallardan qurtulma istəyini tez-tez dilə gətirmişdir. Zeynəb Xatun, bir şair olaraq qəbullanmaq üçün arzularının "mərdanə" (kişiyə yaraşan, mərdcəsinə) olmağını istəmişdir. Eyniylə təvazökar bir kişi kimi alicənab olmaq istədiyini vurğulamışdır. Yumşaqlıq, istiqanlılıq kimi qadına məxsus xüsusiyyətləri, zəiflik və ruhi əskiklik olaraq görmüşdür.
Zeynəb bacı
Zeynəb Paşa (az-əbcəd. زینب پاشا‎, fars. زینب پاشا‎) və ya Bibişah Zeynəb (fars. زینب پاشا‎), Zeynəb bacı (fars. ده باشی زینب‎), Onbaşı Zeynəb (fars. زینب باجی‎; Təbriz) — XIX əsrin axırlarında Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylamış eləcə də Tənbəki üsyanınına rəhbərlik etmiş mübariz Azərbaycan qadını. Bibişah Zeynəb, Onbaşı Zeynəb ləqəbləri ilə tanınan Zeynəb paşa Təbrizin Əmi Zeynəddin məhəlləsində kəndli ailəsində anadan olub. Atası Şeyx Süleyman çox kasıb olduğundan eləcə də yaşadıqları dövr çox qarışıq olduğundan Zeynəb hələ kiçik yaşlarından çox məşəqqətlər çəkmişdir. Zeynəb digər xanımlardan fərqlənərək öz üzünü niqabla örtməzdi. Məşrutə inqilabına qədər İrandakı vəziyyət stabil olmadığına görə yayda dövlət məmurları insanlardan buğdanı ucuz qiymətə alıb anbarlarda saxlayırdılar.
Zeynəb Oduncu
Zeynəb Oduncu (1987, Gercüş[d], Batman ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zeynəb Oduncu 1987-ci ildə Batman ilinin Gercüş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Gercüş ilçəsində alıb. Van Yüzüncü İl Universitetinin Tatvan Peşə Liseyində Kompüter Texnologiyaları və Proqramlaşdırma Bölməsindən məzun olub. Təhsilini Batman Universitetinin Sosiologiya Bölməsində davam edir. Milli Təhsil Nazirliyində və özəl təhsil müəssisələrində çalışıb. 2014-cü ilin martında Bölgələr Partiyasından Gercüş bələdiyyəsinin həmsədri seçilib. 2016-cı ildə əvəzinə qəyyum təyin olunaraq vəzifəsindən azad edilib. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai İşlər, Rayonlaşdırma, Nəqliyyat və Turizm Komissiyasının üzvü vəzifəsində təmsil olunub.